Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq

Sosial

22 Noyabr 2024 11:23 1045


Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Yeni Sabah” xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə təmir işləri ilə əlaqədar noyabrın 22-də elektrik xətləri sifarişə əsasən açılacaq. pizza

Bununla əlaqədar olaraq saat 10:30-dan saat 12:30-dək rayonun Bakıxanov qəsəbəsində, İvan Anaşkin, İnqilab, Elşən Mehdiyev küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!