Meksikanın eks-təhlükəsizlik naziri ABŞ məhkəməsində narkotik qaçaqmalçılığına kömək etməkdə təqsirli bilinib.
Yenisabah.az AFP-yə istinadla xəbər verir ki, 2006-2012-ci illərdə Felipe Kalderonun prezidentliyi dövründə ictimai təhlükəsizlik naziri Genaro Qarsia Luna Nyu-Yorkda mühakimə olunub.
Bu, hazırda ABŞ həbsxanasında ömürlük həbs cəzası çəkən Xoakin "El Çapo" Qusmanın rəhbərliyi altında "Sinaloa karteli"nin böyük resurslarına işıq salır. pizza
Meksika kabinetinin keçmiş üzvü kartelə tonlarla kokain qaçaqmalçılığına icazə vermək üçün külli miqdarda rüşvət almaqda təqsirli bilinib.
İyunun 27-də hökm oxunmalıdır və eks-naziri minimum 20 il həbs və ya ömürlük həbs cəzası gözləyir.
Telegram kanalımız