Eks-prezident əfv olundu

saytların hazırlanması

Evə çatdırılma

Eks-prezident əfv olundu

Dünya

27 Dekabr 2022 13:27 673


Koreya Respublikasının həbsdə olan keçmiş Prezidenti Li Myon Bak əfv edilib.

Yenisabah.az xəbər verir ki, ölkənin hazırkı dövlət başçısı Yun Sok Yol bununla bağlı sərəncam imzalayıb.

Li Myon Bak 2008-2013-cü illərdə Cənubi Koreyanın Prezidenti olub. Seul məhkəməsi onu 2018-ci il oktyabrın 5-də korrupsiyada ittiham edərək 15 il azadlıqdan məhrum edib. Sabiq dövlət başçısı eyni zamanda, 11,5 milyon dollar cərimələnib. Dominos pizza

Ali Məhkəmə 2020-ci il oktyabrın 29-da Li Myonun cinayət işinə baxıb. O, rüşvətxorluq və mənimsəmədə günahkar bilinib və cəzası 15 ildən 17 ilədək artırılıb. Eyni zamanda, keçmiş Prezident 11,4 milyon dollar məbləğində cərimələnib. Bundan əlavə, onun 5 milyon dollarlıq əmlakının müsadirə edilməsi hökmü qüvvədə saxlanılıb.

Li Myon Bak 2 ildir həbsxanada cəza çəkir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!