Ekspert ukraynalı hərbçiləri təriflədi

saytların hazırlanması

Evə çatdırılma

Ekspert ukraynalı hərbçiləri təriflədi

Dünya

01 Fevral 2023 15:17 578


“Ukrayna Silahlı Qüvvələrinin (ZSU) genişmiqyaslı müharibə zamanı silah-sursatlardan istifadə sahəsindəki yaradıcılığı və peşəkarlığı tez-tez Qərb tərəfdaşlarını təəccübləndirir”.

Yenisabah.az “Obozrevately”yə istinadla xəbər verir ki, bu barədə hərbi ekspert, “Defense Express” informasiya və konsaltinq şirkətinin direktoru Serxiy Zqurets deyib.

O əlavə edib ki, ZSU-nun hərbi birləşmələri ilk dəfə Rusiya hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün Ukrayna qırıcılarında Amerika istehsalı olan HARM antiradar raketlərindən istifadə edib. Dördpendirli pizza

Bundan əlavə, ekspert söyləyib ki, adətən, helikopterlərdən və təyyarələrdən istifadə edilən Britaniyaya məxsus “Brimstone” raketləri ilk dəfə yerüstü qurğulardan buraxılır.

“Sovetlərdən qalma 152 mm-lik toplarımız var idi, lakin sursatımız çatışmırdı. Amma indi kifayət qədər Amerikadan gələn döyüş sursatımız var və biz öz gülləmizi götürürük, Amerika mərmilərindən qalan barıtı oraya qoyuruq və 152 mm-lik haubitsalardan atəş açırıq. Bu qədər...” – deyə Zqurets fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, ötən il dekabrın 18-də məlum olub ki, Britaniya Ukraynaya yeni və yüksək dəqiqlikli “Brimstone 2” raketlərinin göndərilməsini təsdiqləyib.

Qeyd edək ki, müvafiq raketlər “MBDA UK” şirkəti tərəfindən Böyük Britaniya Kral Hərbi Hava Qüvvələri üçün hazırlanmış yerüstü və ya hava əsaslı raketlərdir.

“Brimstone”lar, həmçinin, tanklara, artilleriya qurğularına, elektron döyüş sistemlərinə, kiçik gəmilərə və amfibiya hücum gəmilərinə hücum etmək üçün nəzərdə tutulmuş hava-yer, yer-yer raketləridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!