Ekspertdən maraqlı açıqlama:   “Məktəbdə çox olanda imtahanda az bal toplayırlar”

saytların hazırlanması

Evə çatdırılma

Ekspertdən maraqlı açıqlama: “Məktəbdə çox olanda imtahanda az bal toplayırlar”

Sosial

20 Oktyabr 2023 18:15 697


Xəbər verdiyimiz ki, noyabr ayının 8-i və 9-u qeyri-iş günləridir. Tətilin ardıcıl olması ilə bağlı 10 noyabrla 4 noyabr tarixlərinin yerləri dəyişdirilib. Bu prinsip əsasında  8,9,10,11,12 noyabr qeyri-iş günləridir. 12-dən etibarən dərs günləri yenidən davam edir və 5 gün ərzində (16-20) payız tətili olacaq. 

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlamasında təhsil ekperti Elçin Əfəndi bildirib ki, noyabr ayında 16 gün müddətində uşaqlar dərsdə olmur və bu məsələ sonradan dərs paraqraflarının çox olması səbəbindən müəllimlər, şagirdlər və valideyinlər üçün problem yaradır. 

Ekspertin fikrincə bunun üçün əlavə dərs saatları (1 və ya 2 saat), məşğələlər tədris oluna bilər: pizza mizza

"Alternativ olaraq yay məktəblərində həmin çatışmayan fənlərin mövzuları da keçirilə bilər. Düşünürəm ki, şagirdlər üçün daha maraqlı olan onların tətil dövrüdür. Çünki onlar günlərinin çoxunu məktəbdə keçirirlər və bu onların fasilə vermələrinə, istirahət etmələrinə səbəb olur. Amma bir şərtlə ki, həmin mövzular tədris olunsun. Noyabr ayında 14 gün iş günü ərzində dərs saatlarının artırılması ilə problem aradan qaldırıla bilər.

Eyni zamanda məktəblərdə 8-ci dərslər də keçirilir. Bu çox zaman müvafiq məktəb rəhbəri tərəfindən qeyd olunur. Onlar bu saatlara qeyri-əsas fənnləri - texnologiya, musiqi, fiziki-tərbiyyə fənnlərini əlavə edirlər. Bu da uşaqların əlavə məşğələlərə getmələrinə maneə yaradır".

Elçin Əfəndinin sözlərinə görə, həmin dərs saatlarının ləğv olunması daha məqsədə uyğundur:

"Bu məsələlər uşaqların imtahan vaxtı maksimum 200-300 bal  toplamasına gətirib çıxarır. Əlavə repititorlar, məşğələlər, kurslar sayəsində abituriyentlər daha çox bal toplaya bilərlər. Bunun üçün məktəblər məsələyə daha ciddi yanaşmalıdırlar. Bu da uşaqların yüksək bal toplamasına və məktəblərin də adının ucalmasına gəitirib çıxara bilər".

Nəzrin MUSAYEVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!