Eldar Əzizov korrupsiya faktı üzə çıxarıb

Eldar Əzizov korrupsiya faktı üzə çıxarıb
May 15, 2019
Oxunma sayı: 332

Bakı şəhər İcra Hakimiyətinin başçısı Eldar Əzizov paytaxtın Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin səlahiyətlərini əlindən alıb.

E.Əzizov Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin səlahiyətlərini meriyanın tikinti məsələləri şöbəsinin müdiri Rəşid Ağayevə həvalə edib.

E.Əzizovun bu qərarı verməsinə səbəb, departamentin özündə və tabeçiliyində olan qurumlarda rüşvət və korrupsiya faktları aşkarlanması, paytaxtın bəzi dövlət obyektlərinin tikintisi, yenidən qurma zamanı baş vermiş korrupsiya faktlarının üzə çıxmasıdır.

Unikal.org