Əliyev, Mirziyoyev, Rəisi... - Onlar birincilər oldu

saytların hazırlanması

Evə çatdırılma

Əliyev, Mirziyoyev, Rəisi... - Onlar birincilər oldu

Dünya

28 May 2023 22:43 1322


Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik edən ilk liderlər olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Ərdoğanın ofisi məlumat yayıb.

Bir qədər sonra İran prezidenti İbrahim Rəisi də Türkiyə liderini yenidən prezident seçilməsi münasibətilə təbrik edib və o, Ərdoğanın yenidən prezident seçilməsini türk xalqının “dəyişməyən dəyərli etimadının əlaməti” adlandırıb. Sezar pizza

Xatırladaq ki, Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrinə əsasən, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!