Əliyevlə Paşinyan Türkiyədə müqavilə imzalayacaq? - Ermənilərdən   SENSASİON İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Əliyevlə Paşinyan Türkiyədə müqavilə imzalayacaq? - Ermənilərdən SENSASİON İDDİA

Siyasət

19 İyun 2025 20:47 1136


Bu gün Prezident İlham Əliyevin Türkiyəyə səfəri baş tutub. Əsas diqqətçəkən məqam Ermənistan baş naziri Nikol Paşinyanın da iyunun 20-də Türkiyəyə səfərə hazırlaşmasıdır. Liderlərin Türkiyədə görüşəcəyi haqda heç bir məlumat olmasa da, səfərlərin eyni vaxta təsadüf etməsi bu gözləntiləri artırır.

Yenisabah.az xəbər verir ki, Ermənistan mediası Türkiyədə Prezident İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan və Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilə biləcəyini yazır.

“Hraparak” nəşri isə Türkiyədə Azərbaycan və Ermənistan arasında müqavilə imzalana biləcəyini iddia edib. Dördpendirli pizza

“Hakimiyyət Paşinyanın Türkiyəyə səfərinin gündəliyini açıqlamaqdan imtina edir. Baş nazirin özü də bu haqda heç nə danışmır. Hakim partiyada isə Türkiyədə sazişin, yaxud ilkin sülh sənədinin imzalana biləcəyi ilə bağlı təkliflər səslənməyə başlayıb. Azərbaycan və Ermənistanın Türkiyənin vasitəçiliyi ilə müqavilə imzalaması üçüncü tərəflərin regionda hərbi mövcudluğuna son qoyulması, xüsusilə Rusiyanın 102-ci hərbi bazasının çıxarılması ehtimallarını da gücləndirir. Mümkün razılaşmaya ayrıca sənəd əlavə olunacaq və bura Bakının digər tələbləri, o cümlədən, azərbaycanlıların Ermənistana (Qərbi Azərbaycan-red) qaytarılması məsələri daxil ediləcək”, - nəşr iddia edir./Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!