Elvin Cəfərquliyev Türkiyə klubuna keçir?

saytların hazırlanması

Evə çatdırılma

Elvin Cəfərquliyev Türkiyə klubuna keçir?

İdman

01 İyul 2026 21:01 75


Türkiyənin "Göztepe" futbol klubu "Qarabağ"ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyevlə yaxından maraqlanır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

İzmir təmsilçisinin qısa müddət ərzində rəsmi təmaslara başlayacağı və 25 yaşlı futbolçu üçün rəsmi təklif göndərəcəyi gözlənilir. "Qarabağ"la 2027-ci ilə qədər müqaviləsi olan Cəfərquliyevin komandadan ayrılmağa müsbət yanaşdığı bildirilir. pizza

Tərəflərin yaxın günlərdə danışıqlara başlayacağı və müzakirələrin müsbət irəliləyəcəyi təqdirdə, transfer üçün rəsmi addımların atılacağı gözlənilir.

Ötən mövsüm "Qarabağ" forması ilə bütün turnirlərdə ümumilikdə 42 matça çıxan Cəfərquliyev bu oyunlarda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!