Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Elvin Əhmədov açıqlama yaydı: “Biz kitab oğurlamamışıq”
07 İyn 2021 19:11
921

Elvin Əhmədov açıqlama yaydı: “Biz kitab oğurlamamışıq”

Sevdiyim insanlar məlum hadisəyə görə, narahat olmasınlar. 3 gün əvvəl biz məhkəmə prosesində bəraət alıb azadlığa çıxmışıq. Hadisənin 3 gün sonra mediada bu cür dramatik formada tirajlanması qarşı tərəfin soyumayan hiddətinin nəticəsidir.

Bu sözləri “Ali və Nino” mağazasının kitab oğurlamaqda ittiham etdiyi Elvin Əhmədov deyib.

Məlum hadisə ilə bağlı video paylaşan Elvin Əhmədov kitabları oğurlamadığını bildirib:

“Biz kitabları oğurlamamışıq. Kitabları yerindəcə onlara təhvil verməyimizə baxmayaraq, xəbəri mediaya ötürərək sanki şiddətə məruz qaldıqlarını bildiriblər. Bu, polis ifadələrində də var. Onlar bunu inkar etdilər. Bizim heç kiminlə prinsipiallığımız yoxdur, biz onlara maddi və mənəvi zərər vurmadığımız və bunu məhkəmə yolu ilə sübut etdiyimiz halda bu məsələni cəmiyyətə qədər apardılar. Aparsınlar... Biz öz adımızdan cəmiyyətə lazımi açıqlama veririk ki, hadisə tirajlandığı kimi deyil, məhkəmə tərəfindən əlimizdə sənədimiz var. Biz o sənədə əsasən günahsızıq və bunu onlayn formada paylaşmağı planlayırıq”.//Publika.az

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər