“Əgər İsa Həbibbəylinin əlindəki əlyazma həqiqətən də iddia edildiyi qədər qədimdirsə, onunla bu cür davranmağa heç bir əsas yoxdur”.
Bu sözləri “Yeni Sabah“a “Bakı Araşdırmalar İnstitutu“nun üzvü Cavid Ağa bildirib.
Onun sözlərinə görə, bu növ əlyazmaları nəinki əldə yalın tutmaq, bəlkə də müəyyən temperatur rejimi xaricində saxlamaq belə olmaz. Dominos pizza
C.Ağa əlavə edib: “Qədim əlyazmaları öpmək olmaz, onlarla yalnız xüsusi əlcəklərlə və olduqca zərif davranmaq lazımdır. Əlyazmalarla İsa Həbibbəylinin etdiyi kimi davranılsaydı, onda Vatikanda arxiv qalmazdı”.
Araşdırmaçı Səngəçal karvansarayında yazıların malalanması mövzusuna da toxunub:
“Məsələn, Səngəçaldakı yazılar oymalar idi. Mən, açığı, həmin yazıların tarixi dəyərinə şübhə edirəm. Orijinal videonun müəllifi iddia edirdi ki, divarda 1800-cü illərdən qalma imzalar və s. var. Əgər tikililərin üzərindəki bu cür yazıları tarixi abidə sayırıqsa, niyə Nizami Kino Mərkəzində çəkilən qraffitiləri də sənət əsəri hesab etmirik?! 200 il sonra onlar da qədim 2026-cı ildən qalan tarixi izlər sayılacaqdı. Məncə, həmin yazıların yalnız ciddi tədqiq edilməsindən və kataloqlanmasından sonra nəyin tarixi olub-olmadığına qərar vermək olar”.
Xatırlatma: AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu AMEA prezidenti İsa Həbibbəyli ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
İnstitutdan bildirilib ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə, AMEA-nın prezidenti İsa Həbibbəylinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əlyazmasına münasibəti haqqındakı məlumatlar reallığı əks etdirmir:
“Nizami Gəncəvinin AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazmasının həm cildi və həm də hər bir vərəqi xüsusi qoruyucu salafanlarla mühafizə edildiyindən həmin vərəqlərin orijinal mətninə toxunmaq mümkün deyildir. Bu əlyazmanın orijinal nüsxəsinin elektron versiyası institutun fondunda mühafizə olunur.
Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Əlyazmalar İnstitutunda keçirilmiş görüşün vaxtı məhdud olduğuna görə əlyazmadakı miniatürü tapıb göstərmək üçün bir qədər tələsikliyə yol verilib.
Əlyazmanın təqdimatının sonunda isə İsa Həbibbəyli Nizami Gəncəvinin şəxsiyyətinə, əlyazmasına, əsərlərinə özünün ali münasibətini xüsusi ritualla ifadə etdikdən sonra xarici qonaqlara təqdim edib".
İsa Həbibbəylinin XIV əsrə aid nadir Nizami Gəncəviyə məxsus əlyazmanı Vatikan nümayəndə heyətinə təqdim etdiyi görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Cəlalə Cəlalqızı
Telegram kanalımız