Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, yeni təmayül tədris modeli 2024-2025-ci tədris ilindən etibarən pilot qaydada tətbiq olunur. Məzunların ali təhsil müəssisələrinə qəbul nəticələrinin təmayül tədrisinin səmərəliliyini əks etdirdiyi qeyd olunub. Marqarita pizza
Məlumata görə, 10-11-ci sinifləri əhatə edən yeni təmayül tədris modeli şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəbdə daha səmərəli təşkilinə xidmət edir.
Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlığa ehtiyac duymadan, məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir. Bununla yanaşı, şagirdlərin əlavə əqli yüklənməsinin qarşısının alınması hədəflənir.
Yeni model üzrə tədrisdə 10 və 11-ci sinif şagirdləri iştirak edə bilərlər.
Yeni təmayül tədris modelinin əsas üstünlükləri bunlardır:
- akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti;
- abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili;
- səriştəli müəllim kollektivi;
- aylıq sınaq imtahanlarının keçirilməsi;
- akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər.
Ətraflı məlumat üçün aidiyyəti regional təhsil idarəsinə müraciət etmək olar.
Telegram kanalımız