Portalda müvafiq icazə almadan Qarabağa daxil olmaq istəyən şəxs saxlanılıb.
"Yeni Sabah" lent.z-a istinadla xəbə verir ki, hadisə Ağdam rayonu Təzəkənd qəsəbəsində yerləşən stasionar polis postunda qeydə alınıb.
40 yaşlı Naib Allahyarov (şərti adla) müvafiq icazəsi olmadığı halda Ağdam şəhərinə getmək istəyib. Lakin postda xidmət aparan polislər bu halda Ağdama buraxıla bilməyəcəyini və geri qayıtmalı olduğunu onun nəzərinə çatdırıblar. N.Allahverdiyev tələbə məhəl qoymayaraq, postda ucadan nalayiq ifadələr işlədib. Toyuqlu pizza
Bu əməlinə görə onun barəsində müvafiq maddə ilə inzibati protokol tərtib olunub.
N.Allahverdiyev ifadəsində əməlindən peşman olduğunu dilə gətirib.
Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.
Telegram kanalımız