Bakıya GİRİŞ-ÇIXIŞDA PROBLEM: Bu istiqamətlərdə   diqqətli olun!

saytların hazırlanması

Evə çatdırılma

Bakıya GİRİŞ-ÇIXIŞDA PROBLEM: Bu istiqamətlərdə diqqətli olun!

Sosial

27 Avqust 2026 17:56 99


Hazırda paytaxtın bir sıra əsas küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunur.

"Yeni Sabah" xəbər verir ki, yollardakı son vəziyyətə əsasən, aşağıdakı istiqamətlərdə sıxlıq qeydə alınıb:

Bakı-Sumqayıt şosesi – "Xırdalan" dairəsi istiqamətində; pizza hut

Bakı-Sumqayıt şosesi – "20 Yanvar" metro stansiyası istiqamətində;

Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

Ziya Bünyadov prospekti – Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

Binəqədi şosesi – "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

Babək prospekti – mərkəz istiqamətində;

Dənizkənarı küçəsi – Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

Niyazi küçəsi – "Azneft" dairəsi istiqamətində;

Tbilisi prospekti – İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

Tbilisi prospekti – "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;

Koroğlu Rəhimov küçəsi – Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

Atatürk prospekti – Ziya Bünyadov prospekti istiqamətində;

Heydər Əliyev prospekti – köməkçi yol, mərkəz istiqamətində;

Heydər Əliyev prospekti – köməkçi yol, "Koroğlu" metro stansiyası istiqamətində;

Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;

28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

Dilarə Əliyeva küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər.

Sürücülərə sözügedən istiqamətlərdə hərəkət edərkən nəzərəçarpacaq sıxlıqla qarşılaşa biləcəkləri bildirilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!