“İndicə Polad Bülbüloğlu ilə telefonla danışdım, dedi ki...”

saytların hazırlanması

Evə çatdırılma

“İndicə Polad Bülbüloğlu ilə telefonla danışdım, dedi ki...”

Sosial

26 Avqust 2026 13:43 359


“İndicə Polad Bülbüloğlu ilə telefonla danışdım. Türkiyədədir, sentyabrın əvvəllərində Bakıya qayıdacaq. Yayılan xəbərləri gülüşlə qarşıladı”.

“Yeni Sabah” xəbər verir ki, bunu jurnalist Yaşar İsakov bildirib.

O, Milli Məclis üzvü Polad Bülbüloğlunun 3-cü dəfə evlənmədiyini iddia edib: pizza sifarişi

“Gülnarə Şıxəliyevadan boşanmadığını və üçüncü dəfə evlənmədiyini bildirdi. Belə xəbərləri yayanlara uzun və sağlam ömür sürməyi, habelə 81 yaşında evlənməyi arzu etdi”.

Xatırladaq ki, uzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışmış, ölkəmizin Rusiyadakı keçmiş səfiri, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun ailə həyatı ilə bağlı yeni məlumat yayılıb.

81 yaşlı Polad Bülbüloğlu 1997-ci ildə nikaha girdiyi Gülnarə Şıxəliyevadan boşandığı və 3-cü dəfə ailə qurduğu bildirilib.

P. Bülbüloğlunun yeni xanımı ilə Bodrumda istirahətə yollandığı iddia olunub. 

Sabiq mədəniyyət naziri və səfirin yeni xanımı Əməkdar artist, tanınmış rəqqasə və pedaqoq Eteri Cəfərovadır. 48 yaşlı E.Cəfərova Azərbaycan rəqs sənətinin tanınmış nümayəndələrindəndir. O, Bakı Xoreoqrafiya Akademiyasının Milli və müasir rəqs kafedrasında müəllim kimi fəaliyyət göstərir, uzun illərdir gənc rəqqasların peşəkar hazırlanması ilə məşğul olur.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!