Rusiyada panika: Qonşu ölkələrə   köç başladı – 22 il sonra eyni tarixdə…

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada panika: Qonşu ölkələrə köç başladı – 22 il sonra eyni tarixdə…

Dünya

27 Avqust 2026 19:29 320


Rusiyada sentyabrın 1-dən səfərbərlik elan olunacağı barədə xəbərlər panikaya səbəb olub. Ölkənin ciddi mobilizasiyaya hazırlaşdığı deyilir.

Məlumata görə, hətta ölkədən kütləvi köç başlayıb. Xeyli insan qonşu ölkələrə üz tutur, miqrantların öz ölkələrinə qayıtmağa, rusların isə Türkiyə və Gürcüstan kimi ölkələrə köçməyə çalışdığı bildirilir.

5 gün sonra Rusiyada nə baş verəcək? Belə bir səfərbərlik ölkədə necə bir vəziyyət yaradar? Dördpendirli pizza

"Yeni Sabah" xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Rusiyada mobilizasiya ola bilər, çünki 1 sentyabr bu ölkə üçün çox vacib tarixdir:

“2004-cü ildə sentyabrın 1-də yni tədris ilinin başladığı gün Şamil Basayevin rəhbərliyindəki silahlı dəstələr Rusiyanın Şimali Osetiya Respublikasında yerləşən bir orta məktəbə hücum etmişdilər. Bu, Rusiya tarixinin ən böyük terror aktlarından biri kimi yadda qalıb. Bu tarixin Rusiya üçün əhəmiyyəti böyükdür, hər il qeyd olunur. Ona görə Rusiya-Ukrayna müharibəsində dönüş yaratmaq üçün belə bir addım ata bilər.

1 sentyabrda Rusiya səfərbərliyə başlayacaq. Minlərlə şəxs səfərbərliyə cəlb olunacaq. Hətta nəinki yetkin şəxslərin ilkin yoxlanışa cəlb olunacağı, məktəblilərin də arxa cəbhəyə aparılaraq işlədiləcəyi deyilir. Ona görə də bir çox sıravi Rusiya vətəndaşı ölkəni tərk edir.

Rusiyanın ümumilikdə şəxsi kontingentlə bağlı problemləri var, ciddi canlı qüvvə çatışmazlığı mövcuddur. Ona görə də kritik səfərbərlik olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!