“Ən çox Təhsil Tələbə Krediti Fonduna UNEC-dən müraciət olunub”.
Yenisabah.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun sədri Araz Paşayev deyib.
“229 nəfər UNEC tələbəsi krediti almaq üçün müraciət edib. Növbəti sırada isə Bakı Dövlət Universiteti və Gəncə Dövlət Universitetidir”. Sezar pizza
Onun sözlərinə görə, ən çox müraciət edən şəxslər xanım tələbələridir.
“1603 nəfər xanım kredit almaq üçün müraciət edib. Bu bizim üçün çox sevindirici haldır. Əsasən, ali təhsil pilləsi üzrə müraciət qeydə alınıb. Peşə təhsili üzrə isə müəyyən qədər azlıq təşkil edir”.
O qeyd edib ki, mühəndis peşəsi üzrə müraciətlər azlıq təşkil edir.
“Ən çox müraciət edən ixtisas biznesin idarə edilməsidir. Biz mühəndislik peşəsi üzrə kredit almalarında azlıq görürük, lakin müasir dövrdə ən lazımlı sənətlərdən biridir”.
Nəzrin Vahid
Telegram kanalımız