“Azərbaycan distant təhsildən həm müsbət, həm də mənfi mənada çox şey öyrəndi. Distant təhsillə öyrənməni qismən təmin etmək olur. Amma pandemiya zamanı təcrübə göstərdi ki, distant təhsil ənənəvini tam əvəz edə bilmir.
Yenisabah.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu-2021-də çıxışı zamanı deyib.
O bildirib ki, distant təhsil öyrənməni tam təmin edə bilmir. Təhsilin qiymətləndirilməsi mexanizmləri yoxdur. Təhsildə keyfiyyətə nəzarət mexanizmlərinin olması labüddür. Sezar pizza
Tədris ili başlayandan, sentyabrın 22-dən indiyə qədər 62 məktəb distant təhsilə keçib. Onlardan təxminən 10-a yaxını hazırda distant təhsildədir, əksəriyyəti ənənəvi tədrisə geri qayıdıb.
Onun sözlərinə görə, vəziyyət belə davam edərsə, növbəti həftələrdə də tədrisin distant formada keçirilməsinə ehtiyac olmayacaq.
Nazir bildirib ki, hazırki dövrdə daha az məktəb və sinif distant təhsilə keçir, çünki yoluxma sayı aşağı olur: “Amma pandemiya hələ davam edir. Təhsil işçilərinin 90 faizindən çoxunun vaksinasiya olunması ilə təhsilin davamlılığını saxlaya bilirik”.
Nəzrin Vahid
Telegram kanalımız