İranın dövlətə məxsus IRNA xəbər agentliyi cümə günü İranın xarici işlər naziri Abbas Əraqçinin danışıqlar üçün Pakistana gedəcəyini təsdiqləyib.
"Yeni Sabah" xəbər verir ki, Əraqçi həmçinin Oman və Rusiyaya da səfər edəcək.
Pakistana səfər ABŞ-İranı danışıqlarının ikinci mərhələsinin baş tuta biləcəyi bir vaxta təsadüf edir.
2 Pakistan rəsmisi "Associated Press"ə bildirib ki, İranın yüksək vəzifəli diplomatının danışıqlar üçün bu həftə sonuna qədər Pakistana səfər etməsi gözlənilir ki, bu da İran-ABŞ müharibəsində danışıqların canlanmasına ümid yaradır.
Abbas Əraqçinin kiçik bir hökumət nümayəndə heyəti ilə müşayiət olunacağı gözlənilir.
İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib ki, İran və Rusiya arasında davam edən yüksək səviyyəli təmasların bir hissəsi olaraq, Əraqçi sabah Rusiyanın yüksək vəzifəli rəsmiləri ilə məsləhətləşmələr aparmaq üçün Moskvaya gedəcək.
Telegram kanalımız