Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Kabineti ilə Stokholmda Türkiyə əleyhinə hərəkətləri və İsveçin NATO-ya qəbulu prosesini müzakirə edəcək.
Yenisabah.az "Posta"ya istinadla xəbər verir ki, iclasda son günlər Türkiyəyə qarşı təşkil edilən qalmaqallı aksiyalara icazə verən İsveç hökumətinin mövqeyinə qiymət veriləcək. Nazirlər Kabinetinin iclasında İsveçin təxribatlara göz yummasından sonra iki ölkə arasında artan gərginlik, İsveçin NATO-ya daxil olması prosesi də müzakirə olunacaq.
Xatırladaq ki, Danimarkanın ifrat sağçı Hard Deal partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quran yandıran aksiya keçirmək üçün icazə alıb. Türkiyə XİN bildirib ki, Stokholmda Quranın yandırılması Avropada islamofobiya, irqçilik və ayrı-seçkiliyin səviyyəsindən xəbər verir. Toyuqlu pizza
Telegram kanalımız