Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə Suriya lideri Bəşər Əsədin iştirakı ilə görüş təklif edib.
Yenisabah.az "Anadolu"ya istinadla xəbər verir ki, Türkiyə prezidenti deyib:
"Mən Putinə Rusiya Federasiyası, Türkiyə və Suriya liderlərinin görüşünü keçirməyi təklif etdim və o, təşəbbüsü müsbət qarşıladı. Bu, bir sıra danışıqların başlanğıcını göstərəcək". pizza sifarişi
Ərdoğan qeyd edib ki, o, Rusiya Federasiyası, Türkiyə və Suriyanın birgə addımlarının tərəfdarıdır. Bu məqsədlə bu ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələri və müdafiə nazirlərinin görüşlərinin təşkili zəruridir.
Telegram kanalımız