Rusiya mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2022-ci ilin ən uğurlu siyasətçisi seçib.
Yenisabah.az xəbər verir ki, onun seçilməsinə səbəb Rusiya-Ukrayna müharibəsində vasitəçilik roludur.
Rusiyanın aparıcı qəzetlərindən biri olan “Kommersant” Türkiyə Prezidentini əvəzolunmaz adlandırıb: pizza
“Ərdoğan 2022-ci ildə dünyanın ən uğurlu siyasətçisi adlandırıla bilər, çünki o, xüsusi hərbi əməliyyat başlayandan bəri münaqişə tərəfləri arasında demək olar ki, mübahisəsiz vasitəçi statusunu qoruyub saxlayıb". /Qafqazinfo
Telegram kanalımız