Kəlbəcər rayonunda saxlanılan erməni diversant Qaqik Voskanyanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Yenisabah.az xəbər verir ki, cinayət işi Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə araşdırılır.
Q. Voskanyanın hüquqlarını vəkil Dilsuz Məmmədov müdafiə edir.
İş üzrə 5 nəfər zərərçəkmiş şəxs var.
Telegram kanalımız