Erməni generallar həbs təhlükəsiylə üzləşib: Evlərində axtarış aparılır

saytların hazırlanması

Evə çatdırılma

Erməni generallar həbs təhlükəsiylə üzləşib: Evlərində axtarış aparılır

Rəsmi

29 Sentyabr 2021 17:09 1085


Ermənistanda yeni açılmış cinayət işi çərçivəsində bir sıra yüksək rütbəli şəxslər həbs oluna bilər.

Yenisabah.az Ermənistanın “Qraparak” qəzetinə istinadən xəbər verir ki, hazırda eks-müdafiə naziri David Tonoyanın evində axtarışlar aparılır.

Onunla yanaşı, aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan, Baş Qərargah rəisinin müavini, general-mayor Stepan Qalstyanın evində də axtarışlar aparılır.

Onlar Milli Təhlükəsizlik Xidmətinə dəvət olunublar. “Qraparak” yaxın vaxtlarda general-polkovniklər Seyran Ohanyan və Yura Xaçaturovun da həbsini istisna etmir.

Cinayət işləri Milli Təhlükəsizlik Xidmətinin silah satışı zamanı yol verilən maliyyə maxinasiyaları ilə bağlıdır. (modern.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!