Erməni politoloq Paşinyana dilənçi dedi

saytların hazırlanması

Evə çatdırılma

Erməni politoloq Paşinyana dilənçi dedi

Siyasət

25 Sentyabr 2024 17:22 362


“Dövlətin mövcudluğunun sınağı müharibəyə hazır olmaqdır: bu, milli və dövlət ideologiyasının əsasını təşkil etməlidir”. 

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi yerli politoloq Alen Gevondyandır. 

“Əbədi məğlubiyyətçilər sülh diləyir, dağılırlar - cariyə dövləti yaradırlar. Hər bir lider öz həyat konsepsiyasına uyğun dövlət qurur. Oyunçu oyunçu-dövlət qurur, cariyə cariyə-dövlət qurur. Qalanı söz məsələsidir. Məzmun, texnokratik və tətbiqi problemlərin həlli, qalanı formadır. İndi dilənçi (Paşinyanı nəzərdə tutur - red.) BMT-də Ərdoğanla görüşüb”, - deyə Gevondyan yazıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!