16 Avqust - 11:14
Ermənilər Qarabağda texnoməktəb açır

Ermənilər Qarabağda texnoməktəb açır

Bölgə

03 İyul 2022 20:54 867


Ermənilər Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsində texnikum açmaq istəyirlər.

Yenisabah.az xəbər verir ki, bu barədə Gümrü şəhərində keçirilən “Tech Week Gyumri 2022”-də “Instigate mobile”ın maliyyə direktoru Spartak Kürəkyan deyib.

O bildirib ki, bu, “faciəli şəkildə” maşın vurması nəticəsində ölən 29 yaşlı Sona Mnatsakanyanın arzusu imiş və indi ermənilər birləşib, bunu gerçəkləşdirməyə çalışırlar.

Texnoməktəbin açıqlacağı yeri də müəyyən ediblər – Naxçıvanik kəndi.

“İlk məktəbə Sona Mnatsakanyanın adı veriləcək. Layihə üçün 107 min dollar toplamaq lazımdır ki, onun bir hissəsi müxtəlif fondlar sayəsində artıq toplanıb", - Kürəkyan deyib.

Qeyd edək ki, ermənilərin rus sülhməramlılarının nəzarəti altında olan torpaqlarımızda özbaşınalığı və qanunsuz hərəkətləri gündən-günə genişlənir.Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!