Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Ermənilərin sonrakı peşmançılığı - Bir həyat hekayəti
20 Sen 2021 17:50
3884

Ermənilərin sonrakı peşmançılığı - Bir həyat hekayəti

“Kəlbəcərdə yaşamaq gözəl idi, biz ora yenə gedəcəyik, bəli, mütləq geri dönəcəyik. Oradakı qohumlarım çox yaxşı idi, hər şey yaxşı idi, evimiz vardı, çöldə qalmırdıq”.

“Yeni Sabah” xəbər verir ki, bunu hazırda İrəvanda yaşayan Karina Quliyan “hetq.am”-a olan açıqlamasında qeyd edib.

“Oğlum Vladimir və gəlinim Arevik müharibə zamanı tanış oldular. Müharibənin ilk günündə Vladimir yaralandı və İrəvandakı Kanaz Hərbi Hospitalına yerləşdirildi. Xəstəxanada Vladimir tibb bacısı olanAreviklə tanış oldu. Onlar, Vladimir müalicə alan zamanı nişanlandılar. Müalicə aldıqdan sonra Vladimir yenidən cəbhəyə yollandı. Müharibədən sonra toy etmədən evləndilər. İndi müvəqqəti olaraq oğluma verilən 2 saylı İrəvan Regional Pedaqoji-Psixoloji Dəstək Mərkəzində yaşayırlar”.

İkinci Qarabağ müharibəsindən sonra K.Quliyan ailəsi ilə birlikdə Ermənistana köçüb. Sentyabrın 9-da hökumət binas qarşısındakı etiraz aksiyasına qoşulub. Qaçqınçılıqdan, mənzil problemindən şikayət edib.

Onun kimi müvəqqəti yaşayış yerində daha 6 ailə, ümumən 17 nəfər yaşayır.

Karina bildirir ki, 1988-ci ilə qədər ailəsi ilə birlikdə Bakıda yaşayıb. 2005-ci ildə Ermənistan hökümətinin qanunsuz köçürmə proqramı çərçivəsində Kəlbəcər rayonunun Qılınclı kəndinə yollanıb.

Kiçik oğlu 12 yaşlı Aram Qarabağda, Kəlbəcərdə anadan olub. Karinanın ilk əri illər əvvəl dünyasını dəyişib. İkinci əri Hmayak Qorqyan isə 25 il Ermənistan Silahlı Qüvvələrində xidmət edib.

İndi ailə üzvlərindən heç birinin işi yoxdur. Qadin ailəni oğlu Yuranın təqaüdləri və Ermənistan höküməti tərəfindən “Artsax xalqına dəstək” proqramı çərçivəsində verilən 68.000 dramla dolandırır.

Bu ailə yalnız bir nümunədir, qılıncla gələnin qılıncla geri qaytarılacağına, özgənin malına-mülkünə sahibliyin müvəqqətiliyinə.

Karina Quliyanın hekayəti erməniləri ayıltmalıdır.

Ziyanın yarısından qayıtmaq da xeyirdir!

Rafi Müslümov

Ermənilərin sonrakı peşmançılığı - Bir həyat hekayəti
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər