Ermənistan KTMT-nin yardımından imtina etdi

Ermənistan KTMT-nin yardımından imtina etdi

Dünya Veb saytların hazırlanması

20 Noyabr 2023 13:45 622


Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından bu ölkəyə yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib. 

Yenisabah.az “Belta”ya istinadən xəbər verir ki, bunu noyabrın 20-də KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib. 

Qeyd olunub ki, Belarus Kollektiv Təhlükəsizlik Şurasının 34 prioritet istiqamətindən 32-sini icra edib. O qeyd edib ki, 2 tədbirin icrası mümkün olmayıb: “Bunlardan biri Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardımı ilə bağlıdır. Digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, erməni tərəfi bu sənədə maraq göstərməyib. Bundan başqa işin sonunda bu məsələni ümumiyyətlə gündəlikdən çıxarmağı xahiş edib”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!