Ermənistan prezidenti Rusiyada: Səfərin pərdəarxası
28 Noy 2020 12:28
2909

Ermənistan prezidenti Rusiyada: Səfərin pərdəarxası

Ermənistan prezidenti Armen Sarkisyan Rusiyaya səfər edib. 

Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, səfər rəsmi xarakter daşımır.

Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Armen Srakisyan Rusiyada diaspor nümayəndələri və erməni icmasının üzvləri ilə görüşəcək. Görüşlərdə Qarabağ məsələsi və Ermənistanda yaranmış siyasi böhran müzakirə ediləcək.

Siyasi təhlilçilər Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri ərəfəsində Armen Sarkisyanın Moskvaya getməsini təsadüfi saymırlar. Onların fikrincə, prezident seçildiyi vaxtdan bəri Paşinyan hakimiyyətinin şıltaqlıqlarına dözən, özünü siyasi təlatümlərdən kənar tutan Ermənistan prezidenti artıq proseslərə fəal müdaxilə etmək niyyətindədir.

Armen Sarkisyan Qarabağdakı məğlubiyyətdən sonra Nikol Paşinyanın istefaya getməsinin tərəfdarlarından hesab edilir. O hətta siyasi böhrandan çıxış yolu üçün yol xəritəsi də təqdim etmişdi. Amma müşahidələr göstərir ki, Paşinyan iqtidardan getmək niyyətində deyil. Onun dirəniş göstərməsi isə siyasi böhranın daha kəskin xarakter almasına səbəb olur. Artıq ölkədə hakimiyyətə etimadsızlıq mühiti hökm sürür.

Ermənistan ictimai rəyinə görə Paşinyanın hələ də hakimiyyətdə qalmasında Rusiyanın da rolu var. Görünür, Sarkisyan bu baxımdan, Rusiya rəsmiləri ilə deyil, erməni icmasının üzvləri ilə görüşərək Paşinyanı Moskdavan aldığı dəstəkdən məhrum etməyə çalışır.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər