Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Ermənistan Rusiya və Türkiyənin təsir zonlarına bölünəcək”  - Edqar Elbakyan
22 İyl 2021 14:13
807

“Ermənistan Rusiya və Türkiyənin təsir zonlarına bölünəcək” - Edqar Elbakyan

“Sülh yalnız müharibəyə hazırlaşmaqla əldə edilə bilər”.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Edqar Elbakyan "TALK TIME" verilişinə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti sülhə nail olmaq fikrində deyil və öz vecsiz siyasəti ilə yalnız yeni bir müharibəyə səbəb ola bilər.

Edqar Elbakyan bölgədə və xüsusən də, Ermənistanda vəziyyətin inkişafı üçün yalnız iki ssenarinin olduğunu düşünür. “Ermənistan Azərbaycanla uğursuz sülh müqaviləsini ya imzalayacaq, ya da bunu etməyəcək. “Müqavilə imzalarlarsa, onda Ermənistan 100 il əvvəl Rusiya və İngiltərə təsir zonalarına bölünən İranla olduğu kimi, Türkiyə ilə Rusiya arasında iqtisadi təsir zonalarına bölünəcəkdir. Rusiyanın da kifayət qədər problemi olduğu və Türkiyədə vəziyyət nisbətən yaxşı olduğu üçün Ermənistan tədricən, heç olmasa iqtisadi baxımdan türk dünyasına mənimsənməyə başlayacaq”.

Ekspertin fikrincə, bu prosesin hər hansı bir şəkildə uğursuz olması halında, bölgədə Ermənistan və Azərbaycan arasında daima gərginlik yaranacaq. “Bəzi yerlərdə gərginlik güclənəcək, bəzi yerlərdə azalacaq. Amma ümumən gərginlik qalacaq. Hər halda, ordumuzu canlandırana və yenidən qurana qədər yaxşı bir şey gözləmək olmaz". 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər