Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Ermənistan yenə təxribata əl ATDI: Mövqelərimiz atəşə tutuldu -  TƏCİLİ
02 Avq 2021 19:22
2643

Ermənistan yenə təxribata əl ATDI: Mövqelərimiz atəşə tutuldu - TƏCİLİ

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 2-si saat 13:55-dən 17.00-dək Vedi rayonunun Arazdəyən və Basarkeçər rayonunun Zərkənd kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi və Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər