Ermənistanda 35 min nəfər ölüb – Maraqlı rəqəmlər
31 Okt 2020 13:14
2621

Ermənistanda 35 min nəfər ölüb – Maraqlı rəqəmlər

“Bu ilin ilk 10 ayında Ermənistanda ölü sayı 35 min civarında olub”.

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Mütəxəssis qeyd edib ki, Ermənistanda bu ilin sonuna qədər bütün səbəblərdən ölənlərin sayı 45 min civarında olacaq:

“BMT-nin ölkələr üzrə əhali statistikasını gündəlik hesablayan proqramı var, həmin sayta görə bu ilin 30 oktyabrına qədər Ermənistanda rəsmən 3 mln. 76 min əhali yaşayır. Bu ilin ilk 10 ayı ərzində təbii artım (doğulanların sayı) 33 min 951 nəfər olub. Ölənlərin sayı isə (COVID və müharibə nəzərə almadan) 22 975 nəfər olub. Ölkədən bu il 1 689 nəfər rəsmi olaraq köçüb, qeyri-rəsmi məlumatlara görə bu rəqəm 10 minə yaxındır. 

COVID-19 səbəbi ilə Ermənistanda bu günə 1 341 nəfər ölüb, öz işğalçı siyasətlərini davam etdirərək bizim Qarabağa göndərdikləri əsgərlərdən ölü sayı rəsmi məlumata görə 1 200, qeyri-rəsmi hesablamalara görə isə 10 min civarındadır. Deməli, bu ilin ilk 10 ayında Ermənistanda ölü sayı (bütün səbəbləri nəzərə almaqla) 35 min civarındadır. 

İşğalçı siyasətlərini davam etdirdiklərini və Covid-19 pandemiyasının pik nöqtəyə yaxınlaşdığını nəzərə alaraq Ermənistanda bu ilin sonuna qədər bütün səbəblərdən ölənlərin sayı 45 min civarında olacaq. Yeni doğulan uşaq sayı isə ilin sonuna 36 min civarında olması gözlənilir. Ölkədən qaçanların sayının il sonuna 15 min civarında olacağını düşünsək, 2020-ci ildə ölkə əhalisinin 24-25 min civarında azalacağı gözlənilir”.

Ekspert hesab edir ki, yaxın illərdə Ermənistanda təbii artım da kəskin azalacaq:

“Çünki öz işğalçı siyasətlərinə görə bizim torpaqlarda məhv edilən əsgərlərin tamamına yaxını 18-40 yaşları arasındadır. Müharibədən, Azərbaycanın qələbəsindən sonra 2021-ci ildə ölkədən qaçan əhali sayında isə ciddi artım olacağı gözlənilir, yəni yaxın illərdə Ermənistanın təbii artımı daha da aşağı düşəcəyi qaçılmazdır, çünki ölkədən köçən əhalinin əksəriyyəti də 18-40 yaşlı vətəndaşlardır.

Beləliklə, Ermənistanın təcavüzkar, işğalçı siyasəti, Azərbaycanın əzəli torpaqlarında apardığı mənasız müharibə nəticəsində ölkənin gələcəyi şübhə altına düşür. Miqrasiyanın artması, doğuşun azalması yaxın 10 ildə Ermənistan əhalisinin, ən azı 500 min azalacağını deməyə əsas verir, bu isə kritik həddin keçilməsidir, çümki əhali sürətlə qocalacaq, doğuş azalacaq, ölkənin iqtisadi yükü artacaq, yəni  işlənlərin sayı azaldıqca təqaüd alanların sayı kəskin artacaq ki, bu da sürdürüləbiləcək durum deyil.

İşğalçı ölkənin rəhbərliyi olmayan papaqlarını qabaqlarına qoyub düşünməlidirlər, bu gün yürütdükləri siyasət həm Ermənistanı məhvə aparır, həm də Cənubi Qafqazın inkişafını əlgəlləyən əsas faktora çevrilib. İşğaldan vaz keçib, tarixi “xəstəlikdən” sağalıb, normal qonşu kimi yaşamağa başlasalar, bəlkə də gələcəklərini xilas edə biləcəklər”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər