Ermənistan parlamentinin müxalif deputatları Arsvik Minasyan və “Şərəf duyuram” fraksiyasının üzvü Taron Marqaryana qarşı cinayət işi açılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Arsvik Minasyan məlumat verib.
"Mayın 6-da Armavir vilayətində cinayət işi başlanıb. Bizə məlumat verilib ki, guya mən və Taron Marqaryan etirazçılara pul paylayırıq", - deyən deputat ona və həmkarına qarşı açılan cinayət işinin uydurma olduğunu vurğulayıb.
Telegram kanalımız