Ermənistanda hərbçilər qəzaya düşdü:   5 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda hərbçilər qəzaya düşdü: 5 nəfər yaralandı

Hadisə

04 Yanvar 2021 13:17 610


Ermənistan Müdafiə Nazirliyinin hərbçiləri yol qəzasına düşüb, 5 nəfər yaralanıb.

Yenisabah.az xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, hadisə Yerevan-Mehri avtomobil yolunun 146-cı km-də baş verib. 38 yaşlı Ovanes Sarqsyanın idarə etdiyi “Mercedes” Armavir sakini, 45 yaşlı Avaq Barseqyanın idarə etdiyi “Opel Astra” ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü Sarqsyan, onun sərnişinləri - 55 yaşlı Yerevan sakini Nune Avetisyan, Qafan sakini, 23 yaşlı Siranuş Gümşudyan, “Opel Astra”nın sürücüsü Barseqyan və onun 17 yaşlı sərnişini Narek Barseqyan bədən xəsarəti alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Toyuqlu pizza

Bildirilib ki, Ovanes Sarqsyan Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin xidmət rəisidir, Avaq Barseqyan isə hərbi hissələrdən birində müqavilə əsasında xidmət edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!