Ermənistanda “Laçın davası” qızışır
28 Noy 2020 14:07
22718

Ermənistanda “Laçın davası” qızışır

“Əminəm ki, Zod qızıl mədəninin əhəmiyyətli hissəsini nəzarətə götürən Azərbaycan Silahlı Qüvvələri noyabrın 30-u gecə saatlarında Laçına daxil olacaq”.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Milli Elmlər Akademiyasının Tarix institutunun direktoru Aşot Melkonyan bildirib.

O qeyd edib ki, Laçının Azərbaycana verilməsi üçtərəfli sazışdə də nəzərdə tutulub. “Bu baxımdan Laçın Azərbaycana veriləcək”, - deyə o vurğulayıb.

Melkonyan üçtərəfli sazişlə bağlı Ermənistan hakimiyyətinə ünvanladığı suallara heç bir cavab verilmədyinə də toxunub.

“Artıq üçüncü həftədir ki, mən media vasitəsilə bu barədə Ermənistan hakimiyyətinə suallar ünvanlayıram. Bilmək istəyirəm ki, sazişdə Ermənistan üçün daha faciəvi bəndlər varmı? Amma heç kim cavab vermir. Mən rəsmi izahat tələb edirəm!

Bu gün söhbət Laçının mərkəzindən gedir. Laçın Azərbaycana veriləcək. Ancaq bu Laçının mərkəzindən keçən 5 kilometrlik dəhlizə sahib olmaq haqqımızı əlimizdən alır. Hökumətdən tələb edirəm ki, Rusiyanın dəstəyi ilə Azərbaycanın Laçını nəzarətə götürməsinə mane olsun. Çünki Ermənistandan Qarabağa gedən həyatı əhəmiyyətli yol burdan keçir”, - deyə Melkonyan vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər