Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Ermənistanda “seçki şousu“: 7 nəfər barəsində cinayət işi açıldı
11 İyn 2021 17:18
536

Ermənistanda “seçki şousu“: 7 nəfər barəsində cinayət işi açıldı

Ermənistanda iyunun 20-də baş tutacaq növbədənkənar parlament seçkiləri çərçivəsində gərginlik davam edir. Artıq ölkədə seçki iştirakçısı olan partiyalardan birinin üzvləri ilə bağlı cinayət işi açılıb.

Yenisabah.az xəbər verir ki, buna səbəb adı çəkilməyən partiyanın seçicilərə səs qarşılığında rüşvət təklif etməsi olub. Faktla bağlı Ermənistanın Baş Prokurorunun müşaviri Gor Abrahamyan məlumat yayıb. Bildirilib ki, Ermənistan Mərkəzi Seçki Komissiyası, prokurorluğun rüşvət verməkdə təqsirləndirilən bir namizədə qarşı cinayət işi başlanılması barədə vəsatətini qəbul edib.

“Biri seçicilərə rüşvət vermək, altısı isə rüşvət almaq şübhəsiylə daha 7 nəfər barəsində cinayət işi açılıb”,-deyə Gor Abrahamyan qeyd edib.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər