Ermənistanda siyasi böhran dərinləşir: Yeni seçki olacaq
28 Noy 2020 11:30
698

Ermənistanda siyasi böhran dərinləşir: Yeni seçki olacaq

Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi artıq zərurətə çevrilib. 

Yenisabah.az xəbər verir ki, hakim “Mənim Addımım” parlament fraksiyasından istefalar, müxalifətin iclasları boykot etməsi, erməni ictimai-siyasi fəallarınin yeni seçkilərlə bağlı aksiyaları hökuməti bu addımı atmaq məcburiyyətində qoyub.

Ermənistan Milli Təhlüksəzilik xidmətinin keçmiş rəisi Mikael Ambartsumyan deyib ki, bu gün növbədənkənar parlament seçkilərinin keçirilməsi zərurətdir.

“Mən yenə də o mövqeni bölüşürəm ki, ölkədə növbədənkənar parlament seçkiləri keçirilməlidir.  Bu, xalq üçün çox faydalı olar. Ölkədə yaranmış indiki çətin vəziyyətdə yalnız seçkilər nəticəsində yeni legiim hökumət formalaşırmaq mümkündür”, - deyə o vurğulayıb.

Ambartsumyan əlavə edib ki, təslimçilik aktına imza atan Paşinyan hökumətin məsuliyyətdən yayınmağa haqqı yoxdur. “Hökumət yenidən seçkilər vasitəsilə legitmliyini qorumağa cəhd etməlidir. Əks təqdirdə ölkədə etimadsızlıq mühiti davam edəcək”, - deyə keçmiş o bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər