Ermənistanda virusdan bir gündə 8 nəfər öldü
08 Avq 2020 12:44
482

Ermənistanda virusdan bir gündə 8 nəfər öldü

Ermənistanda koronavirusa yoluxanların sayı 40 185 nəfərə çatıb.

Yenisabah.az xəbər verir ki, son sutka ərzində 200 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 8 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 785 nəfər koronavirusdan ölüb, 6 777 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər