Ermənistanda yeni daxili işlər naziri kim olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda yeni daxili işlər naziri kim olacaq?

Dünya

22 Oktyabr 2022 09:57 943


Hakim “Vətəndaş müqaviləsi” Partiyasında bir çoxlarının tezliklə yaradılacaq meqa daxili işlər naziri vəzifəsinə böyük iştahı olsa da, rəsmi mənbələrə görə, Baş nazir Nikol Paşinyan həmyerlisi (İcevan – red.) və Ermənistan polisinin rəisi Vahe Qazaryanı təyin etmək qərarına gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Erməni nəşrinin sözlərinə görə, Qazaryan nəinki Paşinyanın ümidlərini doğrultdu, həm də təəccüblüdür ki, o, bu vəzifəyə can atan digər hakim partiya üzvlərindən – Andranik Köçəryan, Romanos Petrosyan və Akop Simidyandan fərqli olaraq ən aşağı reytinqə malikdir: Pepperoni pizza

“Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əsasını polislə Fövqəladə Hallar Nazirliyinin birliyi təşkil edir və burada başqa strukturlar da var. Bu strukturun yaradılması isə bir neçə dəfə təxirə salınıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Baş nazir Paşinyan bu məsələ ilə bağlı növbəti məsləhətləşmələr keçirib və müvafiq strukturun gələn ilin əvvəlində yaradılacğını deyib. Mənbələrimizə görə, əgər Qazaryan daxili işlər naziri olarsa, onun hazırkı postunu müavinlərindən biri tutacaq”, – məlumatda qeyd olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!