Ermənistanın generalı və iki polkovniki məhv edildi - Foto
28 Sen 2020 22:22
707

Ermənistanın generalı və iki polkovniki məhv edildi - Foto

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat Müdirliyinin başçısı, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb.

Yenisabah.az bildirir ki, Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

Məlumatlara görə, genralla bərabər Ermənistan ordusu daha iki yüksəkrütbəli zabitini itirib. Bunlar Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi və polkovnik Nikolay Mikaeloviç Aykyandır.

Qeyd edək ki, Ermənistan rəsmiləri itkiləri gizlətməyə çalışır. Rəsmi olaraq Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsun Ovanisyan ölü sayının 59-a çatdığını bildirib.

Ermənistanın generalı və iki polkovniki məhv edildi - Foto
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər