Estoniyadan İrana etiraz - Səfir XİN-ə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Estoniyadan İrana etiraz - Səfir XİN-ə çağırıldı

Dünya

02 Fevral 2023 14:35 761


Estoniya Xarici İşlər Nazirliyi (XİN) İran səfirini çağıraraq Tehranın Rusiyanın Ukrayna ərazisinə hücumunu və İranda insan haqlarının əhəmiyyətli dərəcədə pozulmasını dəstəkləməsini kəskin şəkildə pisləyib. 

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Estoniya birmənalı şəkildə Rusiyanın Ukraynaya qarşı hücumuna verdiyi dəstəyi, o cümlədən, İranın Rusiyaya hücum pilotsuz təyyarələri vermək qərarını qınayıb. 

“Hücum pilotsuz uçan aparatlarının istifadəsi çoxsaylı mülki əhalinin ölümü və Ukraynanın infrastrukturuna böyük ziyan vurması ilə nəticələnib. Estoniya İran hökumətini bu əsassız hücuma hər cür dəstəyi tamamilə dayandırmağa çağırır”, - deyə XİN başçısı Reinsalu bildirib.  Sezar pizza

Estoniya XİN, həmçinin İran vətəndaşlarının və sakinlərinin edam edilməsini, yüzlərlə insanın ölümünə səbəb olan zorakılıq dalğasını pislədiyini bəyan edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!