Zülfiyyə Xanbabayeva “Bir nəfəs qədər” adlı yeni mahnısını və ona çəkilən klipi təqdim edib.
“Yeni Sabah” xəbər verir ki, bəstənin musiqisi Aytən Əliyevaya, sözləri Ceyhun Məmmədova məxsusdur.
Mahnının aranjimanı və səs uzlaşması Samir Sultanov tərəfindən hazırlanıb. Dominos pizza
Bakıda lentə alınan klipin rejissoru Delee Oruclu, quruluşçu operatoru Abid Məmmədovdur. Ekran işində Nadejda Romanova və Əli Həsənov rol alıblar.
Layihənin foto çəkilişlərini Həsən Əliyev, müğənninin saç və makiyajını isə tanınmış stilist Elnur Həsənov edib.
Aydan Hacı
Telegram kanalımız