Xameneidən ABŞ-yə xəbərdarlıq: Hücum təkrarlansa...

saytların hazırlanması

Evə çatdırılma

Xameneidən ABŞ-yə xəbərdarlıq: Hücum təkrarlansa...

Dünya

04 Noyabr 2026 14:59 57


ABŞ hücumunun təkrarlanacağı təqdirdə, İranın cavabı daha geniş miqyasda olacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei “Dünya imperializmi ilə milli mübarizə günü” ilə bağlı bəyanatında xəbərdarlıq edilib.

Onun sözlərinə görə, İranın Hörmüz boğazında idarəçiliyi ələ alması və region ölkələrində ABŞ hərbi bazalarının məhv edilməsi fevral ayında başlayan müharibəyə cavab olub. Marqarita pizza

Xamenei ABŞ-da keçirilən aralıq seçkilərinə də münasibət bildirib. İranın Ali Rəhbəri vurğulayıb ki, ABŞ-da siyasi partiyaların yerdəyişməsi və Vaşinqtonun təzyiqləri qarşısında güzəştə getməyin “ABŞ-ın İrana qarşı düşmənçiliyini” azaldacağını düşünənlər yanılır.

İran lideri ən cüzi təslimçiliyə meyilliliyin nümayiş etdirilməsinin ABŞ-nin daha çox irəli getməsinə və “həddi aşması”na gətirib çıxaracağını bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!