Əvvəl zəlzələ olduğu düşünüldü, gerçək səbəb başqa imiş

saytların hazırlanması

Evə çatdırılma

Əvvəl zəlzələ olduğu düşünüldü, gerçək səbəb başqa imiş

Dünya

07 Sentyabr 2026 15:00 70


Nepalda baş verən güclü selin fəsadları getdikcə ağırlaşır. Təbii fəlakət nəticəsində ölənlərin sayı 1355 nəfərə çatıb, minlərlə insanın taleyi isə hələ də məlum deyil.

“Yeni Sabah” xəbər verir ki, Nepalda avqustun 26-da Himalay dağlarından qopan buzlaq parçalarının Bhotekoshi çayına düşməsi nəticəsində güclü daşqın baş verib.

Son məlumatlara görə, sel nəticəsində 1355 nəfər həyatını itirib. Daha 4996 nəfərin itkin düşdüyü bildirilir. Hazırda itkinlərin tapılması üçün axtarış-xilasetmə işləri davam etdirilir. Ərazilərdə ağır texnikadan, ekskavatorlardan və helikopterlərdən istifadə olunur. pizza

Sel Nepalın Rasuva bölgəsində ciddi dağıntılara səbəb olub. Onlarla körpü dağılıb, yollar yararsız vəziyyətə düşüb. Hadisə yerinə xilasetmə qrupları və helikopterlər göndərilib.

Fəlakətin səbəbi ilə bağlı ilkin məlumatlarda bölgədə zəlzələ baş verdiyi bildirilsə də, ABŞ Geoloji Xidməti sonradan məlumatlarını yeniləyib.

Qurum 5,2 bal gücündə seysmik hərəkətin zəlzələ deyil, buzlaqın çökməsi nəticəsində meydana gəldiyini açıqlayıb.

Katmanduda yerləşən Beynəlxalq Dağlıq İnkişaf Mərkəzinin mütəxəssisləri isə selin dağlıq ərazidən qopan buzlaq parçalarının yaratdığı uçqun nəticəsində baş verdiyini bildiriblər.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!