Uşaqların həyatını təhlükəyə atan səhv:   Valideynlər bunu etməməlidir

saytların hazırlanması

Evə çatdırılma

Uşaqların həyatını təhlükəyə atan səhv: Valideynlər bunu etməməlidir

Sağlamlıq

23 Oktyabr 2026 10:34 93


Azyaşlı uşaqlar yoluxucu xəstəliklərə qarşı daha həssas olduqları üçün bu xəstəlikləri ağır keçirə, stasionar müalicəyə ehtiyac duya, hətta həyatlarını itirə bilərlər. Peyvəndləmənin gecikdirilməsi isə uşaqların müəyyən dövrdə infeksiyalara qarşı müdafiəsiz qalmasına səbəb olur.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İctimai Səhiyyə və İslahatlar Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, xüsusilə 2 yaşadək uşaqlar B tipli hemofil infeksiyası və pnevmokok infeksiyasına yoluxma baxımından daha yüksək risk qrupuna daxildirlər. Bununla yanaşı, hepatit B, göyöskürək və vaksinlərlə qarşısı alına bilən digər xəstəliklər də azyaşlılarda ağır fəsadlara səbəb ola bilər. pizza sifarişi

Qeyd olunub ki, uşaqların vaxtında peyvənd olunması onların immun müdafiəsini gücləndirir və erkən yaşlardan yoluxucu xəstəliklərdən qorunmasına kömək edir.

Məhz buna görə də uşaqların doğulduğu gündən etibarən Profilaktik peyvəndlər təqviminə uyğun olaraq vaksinasiyaya cəlb edilməsi vacib hesab olunur. Peyvəndlərin vaxtında vurulması uşaqların sağlamlığının qorunmasında və yoluxucu xəstəliklərin ağırlaşma riskinin azaldılmasında mühüm rol oynayır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!