Meyxanaçı Aqşin Fateh doğum günündə özünü tənha hiss etdiyini bildirib.
“Yeni Sabah” xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, yaşadığı hissləri sözlə ifadə etməyin çətin olduğunu vurğulayıb.
“İlk dəfədir ki, doğum günümdə özümü həqiqətən tək hiss edirəm. Sanki bir parçam, bir hissəm torpaq altında qaranlıqda sıxılır. Nələr keçirdiyimi sözlə izah edə bilmərəm deyə uzun danışmayacağam. Yazdığınız təbriklər üçün bir daha təşəkkür edirəm. Allaha əmanət olun”, – deyə o yazıb. Dominos pizza
Qeyd edək ki, Aqşin Fatehin atası bu il oktyabrın 7-də vəfat edib.
Aydan Hacı
Telegram kanalımız