Ölümündən əvvəl özünə başdaşı sifariş edibmiş

saytların hazırlanması

Evə çatdırılma

Ölümündən əvvəl özünə başdaşı sifariş edibmiş

Kriminal

23 Oktyabr 2026 10:22 119


Naxçıvanın Şahbuz rayonunda həyatına qəsd edən İmamquliyev Əkbәr Bayram oğlunun ölümü ilə  bağlı cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında qərar çıxarılıb.

"Yeni Sabah" xitab24.az-a istinadla xəbər verir ki, mərhumun ailə üzvü məhkəməyə müraciət edərək, prokurorun qərarının ləğvini xahiş edib.

Hadisənin intihar faktı olduğunu qəbul edən ailə üzvü, Əkbərin bu həddə çatdırılmasını və bu hadisədə üçüncü şәxslәrin hәrәkәtlәrinin rolunun olub-olmamasının araşdırılmasını istəyib. Sezar pizza

Məhkəmədə İ.İmamquliyevanın şikayətini təmin etməyib.

Əkbər İmamquliyev ölümündən əvvəl özünə başdaşı sifariş edib, bunun üçün hətta 3200 manat ödəniş edib. Buna görə də, onun özünə başdaşı sifariş etməsi intihar niyyətinin әvvәlcәdәn mövcudluğunun sübutu kimi qiymәtlәndirilib. 

Araşdırılma zamanı İmamquliyev Əkbәr Bayram oğlunun ölümündәn әvvәlki dövrdә sabiq arvadı ilә ailәdaxili münasibәtlәrindә anlaşıla bilmәmәsi, övladları ilә görüşә bilmәmәsi üzə çıxıb. Onun ailәsi ilә münasibәtlәrindәki narazılıq, inciklik durumunda sirkə turşusu içərək canına qəsd etdiyi müəyyənləşib. Əkbərin intihar etmәsinin maddi, xidmәti vә ya sair cәhәtdәn asılı olduğu şәxs vә ya şәxslәr tәrәfindәn onunla amansız rәftar olunması, lәyaqәtinin mütәmadi olaraq alçaldılması, yaxud ona hәdә-qorxu gәlinmәsi ilә bağlı olmadığı üçün cinayәt işi başlanması rәdd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!