2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat nəzərdə tutulur.
"Yeni Sabah" xəbər verir ki, bu, qanun layihəsində öz əksini tapıb.
Büdcə gəlirlərinin əsas mənbələrini vergilər, gömrük rüsumları, dövlət əmlakından daxilolmalar, dövlət müəssisələrinin dividendləri və dövlət büdcəsinə transfertlər təşkil edir. Dördpendirli pizza
2027-ci il dövlət büdcəsinin gəlirlərində ən böyük pay əlavə dəyər vergisi üzrə 9 milyard 386 milyon manat, hüquqi şəxslərin mənfəət vergisi üzrə 6 milyard 983 milyon manat və fiziki şəxslərin gəlir vergisi üzrə 3 milyard 70 milyon manat təşkil edir. Dövlət büdcəsinə müvafiq qurumdan transfertin yuxarı həddi isə 11 milyard 900 milyon manat müəyyənləşdirilir.
Büdcə xərclərinin əsas istiqamətləri arasında iqtisadi fəaliyyət, müdafiə və milli təhlükəsizlik, təhsil, ümumi dövlət xidmətləri, sosial müdafiə və sosial təminat, eləcə də səhiyyə yer alır. İqtisadi fəaliyyətə 8 milyard 907,3 milyon manat, müdafiə və milli təhlükəsizliyə 8 milyard 816,4 milyon manat, ümumi dövlət xidmətlərinə 5 milyard 521,8 milyon manat, təhsilə 5 milyard 99 milyon manat, sosial müdafiə və sosial təminata 4 milyard 914 milyon manat, səhiyyəyə isə 2 milyard 84,1 milyon manat ayrılması nəzərdə tutulur.
Təhsil xərclərinin 2 milyard 185,4 milyon manatı ümumi təhsilə, 434,8 milyon manatı məktəbəqədər təhsilə, 240,6 milyon manatı ali təhsilə yönəldiləcək. Səhiyyə sahəsində icbari tibbi sığorta fonduna 1,1 milyard manat ayrılması planlaşdırılır. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə isə dövlət büdcəsindən 1,6 milyard manat vəsait nəzərdə tutulur.
İqtisadi fəaliyyət istiqaməti üzrə 6 milyard 4 milyon manat tikinti və şəhərsalma sahəsinə, o cümlədən 5,3 milyard manat dövlət əsaslı vəsait qoyuluşuna, yəni investisiya xərclərinə ayrılacaq. Kənd təsərrüfatı üçün 1 milyard 379,5 milyon manat, ətraf mühitin mühafizəsi üçün 438,6 milyon manat, mənzil və kommunal təsərrüfatı üçün isə 335,2 milyon manat nəzərdə tutulur.
Dövlət borcuna xidmətlə bağlı xərclərin yuxarı həddi daxili borc üzrə 772,5 milyon manat, xarici borc üzrə isə 1 milyard 427,5 milyon manat müəyyən edilir. Bu məbləğlərə müvafiq olaraq 635,3 milyon manat və 364 milyon manat faiz xərcləri daxildir.
2027-ci ildə daxili dövlət borclanmasının yuxarı həddinin 2,5 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddinin 6 milyard manat olması nəzərdə tutulur. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi də 6 milyard manat müəyyənləşdirilir.
Dövlət büdcəsinin 3 milyard 146 milyon manatlıq kəsirinin özəlləşdirmədən və digər mənbələrdən daxilolmalar, daxili və xarici borclanma, eləcə də 2027-ci il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabında mövcud olacaq sərbəst qalıq hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
2027-ci il üzrə icmal büdcənin xərclərinin yuxarı həddi 50 milyard 377,1 milyon manat, müvafiq qurumun gəlirləri nəzərə alınmadan icmal büdcə kəsirinin yuxarı həddi isə 16 milyard 74,1 milyon manat müəyyən edilir.
Qanun layihəsinə əsasən, 2027-ci il dövlət büdcəsi haqqında qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Telegram kanalımız