Bakıda fəaliyyət göstərən “Sehirli Xalça” xalçayuma şirkətinin göstərdiyi xidmətdən narazı olan vətəndaş qarşılaşdığı özbaşınalıqdan şikayətlənib.
“Yeni Sabah” xəbər verir ki, şikayətçi sosial şəbəkələrdə şirkətə təmizlənməsi üçün 6 ədəd böyük və bir neçə xırda ölçülü xalça təhvil verib. Lakin xalçalar geri qaytarılarkən keyfiyyətsiz xidmətin şahidi olub. Vətəndaşın sözlərinə görə, xalçaların bəzilərinin rəngi dəyişib, saçaq hissələri çirkli qalıb və ən əsası, əşyalar tam qurudulmadan təhvil verildiyi üçün onlardan kəskin ifunət qoxusu gəlir.
Göstərilən xidmətdən və dəymiş ziyandan narazı qalan şikayətçi artıq aidiyyəti qurumlara – Daxili İşlər Nazirliyinə (Polisə) və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi məlumat verdiyini qeyd edib. Sezar pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız