Külək əsir, yağış yağır -   FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Külək əsir, yağış yağır - FAKTİKİ HAVA

Sosial

14 May 2026 10:25 109


Ölkə ərazisinin əksər yerlərində şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 13-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Saatlıda 21, Zaqatala və Sabirabadda 20, Naftalanda 18, Qobustan və Biləsuvarda 16, Şəkidə 15 m/s-dək güclənib. pizza

Düşən yağıntının miqdarı: Qaxda (Sarıbaş) 23, Sabirabad, Şahbuzda 13, İmişlidə 9, Gədəbəydə 8, Saatlı, Qobustanda 7, Şirvan, Ordubad, Biləsuvar, Culfada 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Göygöl, Daşkəsən, Balakən, Zaqatala, Şamaxı, Cəlilabad, Beyləqan, Lənkəran, Astara, Lerikdə 3, İsmayıllı, Ağstafa, Neftçala, Cəbrayıl, Sədərək, Ağdamda 2, Laçın, Yardımlı, Bərdə, Tərtər, Mingəçevir, Göyçay, Yevlax, Zərdab, Kürdəmir, Xaltan (Quba), Xızı, Şəki, Şahdağ, Tovuz, Gəncə, Naftalan, Şəmkir, Goranboy, Naxçıvan, Şərurda 1 mm-dir.

Mayın 13-də saat 18:23-18:30 radələrində Laçın şəhərinə 9-12 mm saat 19:32-19:34 radələrində isə Daşkəsən rayonuna xırda dənəli dolu düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!